Təranə Qumral: "Musa elə bildi ki, hoteldə mənimlə qalacaq" MÜSAHİBƏ FOTO


Şou-biznes 11 Okt 2017 15:21:00 457 0

Təranə Qumral: "Musa elə bildi ki, hoteldə mənimlə qalacaq"  MÜSAHİBƏ  FOTO

Uzun illər əl-ələ verib yerli şou-biznesin tufanına, qasırğasına sinə gərmək çətin məsələdir. Ancaq onlar bunu bacarıblar. Hər şeyə rəğmən sevgiləri onları ayaqda saxlayıb.

Bugünkü müsahiblərim sevgiləri dillərə dastan olmuş, 21-ci əsrin "Leyli və Məcnun"u, "Romeo və Culiyetta"sı, şou-biznesimizin "Beyons və Cey Zi"si olan müğənnilər Təranə Qumral və Musa Musayevdir.

Son.az xəbər verir ki, publika.az-a danışan Təranə Qumral ilk olaraq, qarşımıza tək çıxır və suallarımıza başlayırıq:

- Bu yaxınlarda qızınıza doğum günü etdiniz, məclisə nə qədər sərmayə sərf olundu?

- Bilirsiniz, həmin restoran bahalı yerdir. Amma xərcimi deyə bilmərəm. Qorxuram elə şeylərdən.

- Hər zaman Musa Musayevlə bir geyinirsiniz, maraqlı rənglərə, parçalara müraciət edirsiniz. İndiyədək dəst geyindiyiniz paltarın ən bahalısının qiyməti nə qədərdir?

- Əslində, bahalı-ucuz paltara fikir vermirəm. Modelyerlə işləyəndə üstünə daş-qaş vurursa, qiyməti təbii ki, baha olur. Amma əsas paltarın yaraşıb-yaraşmadığına fikir verirəm. Çantaya və ayaqqabıya daha çox önəm verirəm. Onları çox sevirəm. Geyimlərimizin formasını, görüntüsünü özüm təyin edirəm. Necə ki, Musanın yanında durub, onu bəzəyirəm. Qarderobuna da özüm baxıram.

- Ən çox rayon toylarına gedən cütlüksünüz. Qazandığınız qonorarı nəyə xərcləyirsiniz?

- Azərbaycanda mahnı satışa buraxmırıq. Mahnı yutuba yerləşdirilir, oradan da gəlirimiz yoxdur. Gəlirimiz ancaq toylardandır. Ən zəif mahnını min manata aranjiman edirlər, alətlər olanda isə iki min manatdan çox olur. Halbuki, bəstəkarı Musadır, amma yenə də ən azı dörd min manat pulumuz çıxır. Geyimlərimiz var, efirə bir dəfə geyindiyimizi ikinci dəfə istifadə etmirik. Uşaqlarımıza baxırıq. Kiçik qızım repetitor yanına gedir. Xərclərimiz çox olur.

- Aylıq nə qədər xərciniz çıxır?

- Bu mövsüm filan qədər işləmişəm, görüm nə qədər xərcləmişəm deyə hərdən nəzarət edirəm. Oturub aldığımız suya qədər hər şeyi hesablamışam. Evdəki tələbatlar, maşınların xərcləri, mobil xərclər və s. götürsək, hələ geyimləri buraya daxil etmirəm, aylıq xərclərimiz iyirmi min manatdır.

- Bəs borcunuz var?

- Bir qəpik də borcum yoxdur. Hər yerdə yoxlaya bilərsiniz. Borcumuz olsa, o gün Zaur deyərdi də (gülür).

- 5/5 proqramında Zaur sizi sıxışdırmaq istəsə də, bu onda alınmadı. Hər dəfə müxtəlif yolla onu susdururdunuz. Gələcəkdə bu "susdura bilmə" bacarığınızı biznesə çevirib, aparıcılıq etmək istəmirsiniz?

- Yox, əslində. Üç qız övladım var. İksi ailə qurub, biri evdədir. Səhər tezdən dururam, onun saçını hörürəm, yemək bişirirəm, məktəbə yola salıram. Onun işlərini dayəyə həvalə etmirəm. Qız uşağını tərbiyə etmək çətindir. Ona çox vaxt ayırıram, ona görə də aparıcılıq etmək fikrim yoxdur. Vaxtımı qızıma həsr edirəm. Müğənnilik həyatım mənə bəs edir.

- Bir ana kimi Sevgimə hansı qadağaları qoyursunuz?

- Ona heç bir qadağa qoymuram, sərbəst böyüdürəm. Bilirəm ki, uşağa nəyə olmaz desən, ona daha çox meyl edir. Qadağa qoymaq əvəzinə, qızımın can atdığı şeyi birlikdə etməyə çalışıram. Uşağım nəyisə istəyirsə, ona nöqtəsinə qədər göstərirəm. Birlikdə əylənirik. O da can atdığı şeylə tanış olduqdan sonra onun zərərli olub-olmamasını özü anlayır və ikinci dəfə istəmir.

- Bir açıqlama vermişdiniz ki, şou-biznesdə heç kimlə dostluq etmirəm. Təklik çətin deyil? Sıxılmırsınız?

- Bizim ailəmiz on nəfərdən ibarətdir. Masa arxasında əyləşəndə bir "banket" oluruq. Qızlarım elə özüm boydadır. Böyük qızım on bir ildir ailəlidir. İki övladı var. İkinci qızım isə dörd ildir evlənib. Onları elə tərbiyə etmişəm ki, getdiyi yerləri öz ailəsi, evləri bilirlər.

- Bəs qayınanalarından şikayət gəlir sizə?

- Qızlarım qayınanaları ilə rəfiqədirlər. Hər yerə birlikdə gedib-gəlirlər. Mehribandırlar. Heç bir şikayətləri yoxdur.

- Efirdə birdən kiminləsə qalmaqalınız olanda evdə qızlarınıza təzyiq göstərmirlər ki, "Sənin anan-atan filan şeyi etdi"?

- Musa ilə qalmaqalımız getdiyi vaxtda qızıma gözəl bir toy məclisi quruldu. Efirlərdə də getdi. Düzdür, belə şeyləri sevmirəm, amma istədim xalqımız görsün ki, həmin ərəfədə belə, biz bu cür toy etdik. Yəni, heç bir müğənninin, jurnalistin pəncərəmizdən atdığı daş içəri girmədi. Ona görə icazə verdim.

- Çox daş atırlar?