Əbu Dabi-Bakı reysi üzrə təyyarələr martın 2-dən uçacaq


Digərləri 11 Okt 2017 15:22:00 246 0

Əbu Dabi-Bakı reysi üzrə təyyarələr martın 2-dən uçacaq

"Etihad Airways" aviaşirkəti 2018-ci il martın 2-dən Əbu Dabi-Bakı reysi ilə uçuşlara başlamağı planlaşdırır.

Bakı. Azad Həsənli - "Etihad Airways" aviaşirkəti 2018-ci il martın 2-dən Əbu Dabi-Bakı reysi ilə uçuşlara başlamağı planlaşdırır. Trend-in məlumatına görə, reyslər həftədə 3 dəfə - çərşənbə, cümə və şənbə günləri Airbus A320 təyyarələri ilə həyata keçiriləcək. Qeyd edək ki, hazırda Birləşmiş Ərəb Əmirliklərindən Bakıya uçuşlar iki aviaşirkət "flydubai" və "Air Arabia" tərəfindən həyata keçirilir.