Kataloniya muxtariyyətini itirə bilər
Dünya 11 Okt 2017 15:12:00 349 0
İspaniya hökuməti Kataloniya muxtariyyətinin hökumətinə (Jeneralitat) müraciət edərək Barselonanın gerçəkdən də, müstəqilliyini bəyan edib-etməməsi ilə bağlı izahat tələb edib.
Son.az El Pais-ə istinadən bildirir ki, bunu İspaniyanın baş naziri Mariano Rahoy deyib.
"Bu tələb İspaniya Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək üçün gərəkdir. Vətəndaşlarımızın əmin olmasını istəyirik. Jeneralitatın bizə verəcəyi cavab hökumətin yaxın günlərdə qəbul edəcəyi qərarı müəyyənləşdirəcək", - Rahoy söyləyib.
İspaniya Konstitusiyasını 155-ci maddəsi Kataloniyanı muxtariyyətdən qismən məhrum etməyə, bütün yerli özünüidarə orqanlarını birbaşa Madridin nəzarətinə keçirməyə imkan verir. Eyni zamanda, Kataloniya parlamenti buraxılmalıdır.
Katalon parlamentində müstəqillik tərəfdarları çoxluq təşkil edir.
Parlament buraxılarsa, Kataloniyada yeni, növbədənkənar seçkilər keçirilməlidir.
Beləliklə, rəsmi Madrid separatçı Kataloniyaya qarşı ən sərt mövqe sərgiləməyə başlayıb.
Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində