"Deşamın öz gələcəyi haqqında nə düşünməsinə baxacağıq"


İdman 11 Okt 2017 15:18:00 380 0

"Deşamın öz gələcəyi haqqında nə düşünməsinə baxacağıq"

Fransa Futbol Federasiyasının prezidnti Noel le Qre millinin baş məşqçisi Didye Deşamla yeni müqavilə imzalamağa tələsmədiklərini bildirib. Goal.az xəbər verir ki, Le Qre 48 yaşlı mütəxəsislə danışmağa vaxt olduğunu qeyd edib.

"İlk öncə Deşamla danışmaq lazımdır. Biz yenicə dünya çempionatına vəsiqə qazanmışıq, hələ vaxt var. Deşamın öz gələcəyi haqqında nə düşünməsinə baxacağıq. Masa arxasında oturub hər şeyi həll etmək üçün möhkəm münasibətimiz var. Biz tələsmirik. İstərdim ki, dünya çempionatına kimi onunla müqaviləni yeniləyək. Hər şeyin öz vaxtı var. Belə şeylər barmaq tərpətməklə ərsəyə gəlmir".