Bir qrup İspaniyanın Afinadakı səfirliyinin binasına soxulub


Dünya 11 Okt 2017 15:09:12 375 0

Bir qrup İspaniyanın Afinadakı səfirliyinin binasına soxulub

Onların Kataloniyanın müstəqilliyinin tərəfdarları olduğu bildirilir

Kataloniya əyalətinin müstəqilliyinin tərəfdarı olan bir qrup naməlum şəxs İspaniyanın Afinadakı səfirliyinin binasına hücum edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, onlar səfirliyin binasına təbliğat vərəqələri atıblar.

“15-20 nəfər səfirliyə soxularaq vərəqələr dağıtdılar. Onlar heç nəyi sındırmayıblar. Vərəqıdı belə bir mətn yazılıb: “Həmrəylik - xalqın silahıdır”, - səfirliyin nümayəndəsi bildirib.

Yunanıstan polis hadisə ilə bağlı 19 şübhəlini saxlayıb. Hüquq-mühafizə orqanı aksiyanın təşkilatçısının Yunanıstanın “Rubikon” qruplaşması ola biləcəyini ehtimal edir: “Bu qruplaşma Kataloniyanın İspaniyadan ayrılmasının tərəfdarıdır”.