Faytonçu Nazim: "Maşın şou"a da iştirak etməyimin məqsədi şayiələrə son qoymaq idi"


Digərləri 11 Okt 2017 14:51:02 207 0

Faytonçu Nazim: "Maşın şou"a da iştirak etməyimin məqsədi şayiələrə son qoymaq idi"

"Onsuz da 4-5 günə şoudan çıxmağı düşünürdüm"

"Maşın şou"a da iştirak etməyimin məqsədi xalq arasında gəzən şayiələrə son qoymaq idi"

Bunu "Report"a açıqlamasında "Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişyari deyib.

O qeyd edib ki, əvvəldən şouda 4-5 gündən artıq qalmağı düşünməyib: "Elin gözü tərəzidir, tamaşaçı gördüyünü deyib. Mən heyifsilənmirəm. Özümün də yadımda deyil necə olub ki, əlimi çəkmişəm. Ani olub. Əslində mən ora az bir zaman üçün getmişdim. Onsuz da 4-5 günə şoudan çıxmağı düşünürdüm. Dostlardan xahiş edəcəkdim ki, məni çıxartsınlar. Ancaq belə tezliklə gözləmirdim. Hamıya demişdim ki, mən sizin üçün rəqib deyiləm. El arasında şaiyələr gəzirdi ki, Nazim bəy oxumur, el şənliklərinə gedə bilmir və s. Mən özümü bir daha təsdiqləmək üçün "Maşın şou"ya qatıldım. İstədim insanlar görsünlər ki, mən mətinəm, maşında saatlarla dayana da bilərəm və səhhətim də buna imkan verir".