Bu rayonlarda 10 və 11də oxuyan qızları məktəbə qoymurlar


Digərləri 11 Okt 2017 14:57:00 349 0

Bu rayonlarda 10 və 11də oxuyan qızları məktəbə qoymurlar

Bu gün dünyada "Beynəlxalq Qız Uşağı Günü" kimi qeyd olunur.

Bəs dünyada qız uşaqlarına həsr olunmuş hər hansı bir günün qeyd olunmasında əsas məqsəd nədən ibarətdir?

Sualımızın cavabı isə həm ölkəmizdə, həm də dünyada aparılmış hesabat və araşdırmaların nəticələrində öz əksini tapıb. 

Son.az qafqazinfo-ya istinadən həmin hesabatları təqdim edir:

Əvvəlcə bu günün keçirilmə tarixinə və məqsədlərinə nəzər salaq. 

Türkiyə, Kanada və Peru ölkələrinin təklifləri əsasında 2012-ci ildən bu yana hər il 11 oktyabr tarixi Dünya Qız Uşağı Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd isə mühafizəkar ölkələrdə qız uşaqlarına olan ayrıseçkiliyin qarşısını almaq, onları cəmiyyətin əsas dayağı kimi böyütməyə dəstək olmaqdır.

UNICEF-in hesabatında nəzər saldıqda bu addımın atılmasının nə dərəcədə vacib olduğunu görə bilərik. Belə ki, hesabata əsasən, dünyada hər 10 dəqiqə bir qız uşağı şiddətə məruz qaldığı üçün həyatını itirir.

Hər 7 saniyədə bir isə yaşı 18-ə çatmamış qız uşağı evləndirilir. İnkişaf Etməkdə Olan ölkələrdə hər 3 qızdan biri 18, hər 9 qızdan biri isə 15 yaşına çatmamış məcbur ailə həyatı qurur. Onlardan böyük əksəriyyəti ailə problemləri ilə əlaqədar olaraq təhsilini yarıda buraxmaq məcburiyyətində qalır. 

Ümumilikdə isə, hər gün 18 yaşına çatmamış 47 min 700 qız uşağı evləndirilir.