21 evi qarət edən dəstə üzvləri tutuldular


Kriminal 11 Okt 2017 14:58:08 355 0

21 evi qarət edən dəstə üzvləri tutuldular

Paytaxtda evləri qarət edən dəstə üzvləri tutulub.

Son.az DİN-ə istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiklərinə görə, tutulan Kamil Məmmədovun, Cəlal İbrahimovun və Elçin Hüseynovla bağlı Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin avqust ayından indiyədək olan müddətdə rayon ərazisindəki 21 evdən qızıl əşyalar, mobil telefon, elektrik naqili və qaz sayğacı oğurlamaları da müəyyən edilib.