Gürcüstan Yazıçılar Birliyinin nəzdində Azərbaycan bölməsi yaradılacaq


Digərləri 11 Okt 2017 14:49:00 212 0

Gürcüstan Yazıçılar Birliyinin nəzdində Azərbaycan bölməsi yaradılacaq

Boqatır Arabuli Qafqaz xalqları arasında mədəniyyət festivalının keçirilməsini də təklif edib

Gurcüstan Yazıçılar Birliyinin (GYB) nəzdində Azərbaycan bölməsi yaradılacaq.

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında qurumun sədri Boqatır Arabuli deyib. 

O, bölmənin yaradılmasının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliğində mühüm rol oynayacağını və bununla əlaqədar qarşı tərəfə məlumat verdiyini bildirib. 

B.Arabuli Qafqaz xalqları arasında mədəniyyət festivalının keçirilməsini də təklif edib: "Bu gün Qafqaz xalqları arasında qəsdən düşünülmüş münaqişələr var. Bundan bizim xalqlarımız əziyyət çəkir. Buna son qoyulmalıdır. Bunun üçün də mədəniyyət festivallarının təşkili olduqca vacibdir".

B.Arabuli ilk belə bir tədbirin Gürcüstanda keçirilməsi ilə bağlı ölkə baş nazirinin mədəniyyət məsələləri üzrə müşavirinə müraciət olunduğunu bildirib