Sumqayıtda yük avtomobili aşıb - sürücü ölüb


Digərləri 11 Okt 2017 14:30:00 264 0

Sumqayıtda yük avtomobili aşıb - sürücü ölüb

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, oktyabrın 11-də saat 5 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini Firuddin Qasımov idarə etdiyi “Dong Feng” markalı yük avtomobilini aşırıb və nəticədə sürücü hadisə yerində ölüb. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.