Qəmbər Hüseynlinin xatirə lövhəsini oğurlayan şəxs tutulub


Digərləri 11 Okt 2017 14:36:00 260 0

Qəmbər Hüseynlinin xatirə lövhəsini oğurlayan şəxs tutulub

Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərindəki xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bakı. Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərindəki xatirə lövhələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilir ki, DİN-in ayrı-ayrı sutrukturlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar. Dəstə üzvü olan Hüseyn Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N.Nərimanov küçəsindəki xatirə barelyefini oğurlaması da müəyyən edilib.