Azərbaycanın uzunömürlülük xəritəsi hazırlanıb


Digərləri 11 Okt 2017 14:25:00 327 0

Azərbaycanın uzunömürlülük xəritəsi hazırlanıb

Azərbaycan Milli Elmlər Akadmeiyasının Fiziologiya İnstitutu tərəfindən statistik məlumatlar əsasında Azərbaycanın demoqrafik (uzunömürlülük) xəritəsi hazırlanıb.

Son.az xəbər verir ki, İnstitutun direktoru Ulduz Həşimova APA-ya açıqlamasında bildirib ki, bu yaxınlarda yeni xəritə ictimaiyyətə təqdim ediləcək. Onun sözlərinə görə, xəritənin hazırlanması zamanı Azərbaycanın müəyyən bölgələrində uzunömürlülük populyasiyasının, fenomeninin, doğrudan da, mövcud olmasına dair maraqlı faktlar aşkarlanıb.

U.Həşimova qeyd edib ki, ölkədə uzunömürlülərlə bağlı belə tədqiqatlar ilk dəfə 1979-cu ildə aparılıb, ondan sonra belə tədqiqat olmayıb: "Keçmiş SSRİ Elmlər Akademiyası tərəfindən uzunömürlü insanların yaşadığı regionlar öyrənilmişdi. Bizim bu gün apardığımız tədqiqatlar əvvəllər alınan nəticələri bir daha təsdiqləyir. Yəni, müəyyən regionlarda uzunömürlülük fenomeni tarixən müşahidə olunur".