Azərbaycan kuboku başlayır


İdman 11 Okt 2017 11:27:00 362 0

Azərbaycan kuboku başlayır

Bu gün Azərbaycan Kubokunda 2017/2018 mövsümünə start veriləcək.



Goal.az xəbər verir ki, kubokun yeni mövsümü 1/16 final mərhələsindən start götürür. Bu mərhələdə I divizionun 4 komandası 1/8 finala vəsiqə uğrunda mübarizə aparacaq. "Ağsu” "Mil-Muğan”ı, MOİK isə "Turan Tovuz”u qəbul edəcək. Bu mərhələ bir oyundan ibarətdir. 

1/8 finalda "Ağsu” - "Mil-Muğan” cütünün qalibi "Qəbələ”, MOİK - "Turan Tovuz” qarşıdurmasının güclüsü isə "İnter”lə qarşılaşacaq. 

Azərbaycan Kuboku, 1/16 final


11 oktyabr 

14:00 Ağsu - Mil-Muğan 0:0
Hakimlər: 

Rəvan Həmzəzadə, Mübariz Haşımov, Nahid Əliyev, Ramiz Məhərrəmov
Ağsu şəhər stadionu

14:00 MOİK - Turan Tovuz 0:0
Hakimlər: 

Orxan Məmmədov, Azər Əsgərov, İsgəndər Əliyev, Alik Yunusov
"Bakı” FK-nın təlim-məşq  bazasının stadionu