Oqtay Əsədov Belarus Respublika Şurasının sədri ilə görüşüb


Siyasət 11 Okt 2017 13:58:00 331 0

Oqtay Əsədov Belarus Respublika Şurasının sədri ilə görüşüb

Milli Məclisin sədri Oqtay Əsədov Belarusda Respublika Şurasının sədri Mixail Myasnikoviçlə görüşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, səfər oktyabrın 13-dək davam edəcək.

Qeyd edək ki, O.Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Belarusa səfər edib.

Səfər çərçivəsində keçiriləcək görüşlər zamanı parlamentlərarası əlaqələr, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq, eləcə də digər məsələlərin müzakirə olunacağı planlaşdırılır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində