Azərbaycanlı aktyor Rövşanədən şikayət etdi: “AYIBDIR”


Kriminal 11 Okt 2017 13:49:00 444 0

Azərbaycanlı aktyor Rövşanədən şikayət etdi: “AYIBDIR”

`

Tanınmış aktyor Elnur Kərimov sosial şəbəkədə aparıcı Rövşanə Bektaşidən şikayət etdiyini bildirib.

Son.az publika.az-a istinadən xəbər verir ki, o, ARB kanal rəhbərliyinə müraciət edərək bunları yazıb: "Aparıcı ya peşəkar olmalıdır, ya da olmamalıdır. Mövzunu eşidən kimi dərhal reaksiya verdim. İlk növbədə, teatrdan danışmaq üçün onu tanımalısan. Məlumatın olmalıdır ki, teatr sahəsində hansı islahatlar, qastrollar, tamaşalar var.

Danışılan mövzu və "Bu, mənim şəxsi fikrimdir" deyərək düşüncəsizcə danışmaq ayıbdır. Qonaqlarına danışmağa imkan verməyən aparıcı deyir ki, Azərbaycanda fəaliyyət göstərən Şuşa, İrəvan və Gənc Tamaşaçılar Teatrı kiçik olduğu üçün bağlanmalıdır. Mən də dərhal ARB kanalı "Səhər-səhər" proqramının prodüseri ilə əlaqə saxlayıb, narazılığımı bildirdim. Amma Əhməd Ağdamskini tanıması məni bir az rahatlatdı ki, heç olmasa onu tanıyır".