Kralın 500 min dollarına görə qovuldu FOTO


Digərləri 11 Okt 2017 13:40:00 340 0

Kralın 500 min dollarına görə qovuldu  FOTO

Qana Beynəlxalq Bankının (Ghana International Bank) baş icraçı direktoru Mark Artur maliyyə vəsaitləri ilə bağlı əməliyyatlarda qanun pozuntusuna yol verdiyinə görə işdən qovulub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, səbəb Mark Arturun Qana kralı 2-ci Osey Tutuya məxsus 500 min dolları Britaniyadakı iki bankın hesablarına köçürməyə çalışmasıdır.

Əməliyyatı ABŞ-ın Milli Təhlüykəsizlik Agentliyi (NSA) aşkarlayıb və bu barədə London Sitisinə məlumat verib.

Bəlli olub ki, Ghana International Bank-ın baş icraçı direpktoru Mark Artur kral 2-ci Osey Tutunun Henli-Temzadakı evinə çağırılıb. Orada kralın göstərişi ilə bankirə 200 min funt-sterlinq və 200 min dollar nağd pul verilib, həmin vəsaiti Britaniyadakı banklarda açılmış hesablara yatırmaq tapşırılıb.

Kralın evini tərk edən Mark Artur "Uber" taksisi vasitəsilə Hartfordşirdəki Nyu-Barnetə, kralın digər evinə yollanıb, orada hesabların nömrələrini alandan sonra pulu banklara yatırmağa çalışıb.


Xəbərə aid fotolar