Tanışını bıçaqlayan azyaşlı məhkəmə zalında


Digərləri 11 Okt 2017 13:28:00 294 0

Tanışını bıçaqlayan azyaşlı məhkəmə zalında

Tanışını bıçaqlamaqda təqsirləndirilən azyaşlı Sübhan Atakişiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.   Hakimlər kollegiyasının hökmü ilə Sübhan Atakişiyev 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.   Qeyd edək ki, hadisə Qaradağ rayonunda baş verib. Azyaşlı olan S.Atakişiyev tanışı Yusif Mehdiyevi əvvəl çayxanada döyüb, sonra bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatı xilas edilib.   O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.