Məşhurların xatirə lövhələrini oğurlayanlarla bağlı DAHA BİR XƏBƏR


Kriminal 11 Okt 2017 13:15:00 433 0

Məşhurların xatirə lövhələrini oğurlayanlarla bağlı DAHA BİR XƏBƏR

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyin ayrı-ayrı sutrukturlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar.

DİN-dən Son.az-a verilən məlumata görə, dəstə üzvü olan Hüseyn Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N.Nərimanov küçəsindəki xatirə barelyefini oğurlaması da müəyyən edilib.