"Braziliya millisi 2018-ci il dünya çempionatının favoritlərindən biridir"


İdman 11 Okt 2017 13:19:00 354 0

"Braziliya millisi  2018-ci il dünya çempionatının favoritlərindən biridir"

Braziliya DÇ-2018-in seçmə mərhələsində keçirdii son oyunda Çilini 3:0 məğlub edərək cədvəldə ikinci yerdə gedən Uruqvayı 10 xal qabaqlayıb. Goal.az xəbər verir ki, "pentakempoenlar"ın baş məşqçisi Tite mundialda əsas favoritlər sırasnda olacaqlarını qeyd edib.

"Braziliya millisi seçmə mərhələdə göstərdiyi oyun və qazanılan nəticələərə görə 2018-ci il dünya çempionatının favoritlərindən biridir. Dünya çempionu olacağımıza söz verə bilmərəm. Amma komandanın oyunu məni qürurlandırır. Biz baxımlı oyunla rəqabətə davamlı olmağı birləşdirmişik. Buna görə baxımlı oyun göstərməklə dünya çempionatını qazanmaq da mümkündür. Fransa və Almaniya da yaxşı təsir bağışlayır".