BANM və Almaniyanın "LucasNülle" şirkətinin əməkdaşlığı FOTO


Siyasət 11 Okt 2017 13:04:00 383 0

BANM və Almaniyanın "LucasNülle" şirkətinin əməkdaşlığı  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov yüksək keyfiyyətli təlim sistemlərinin inkişafı və istehsalı üzrə Almaniyanın tanınmış "Lucas-Nülle" şirkətinin ixrac üzrə direktoru Hains Keppleri qəbul etmişdir. Qeyd edək ki, "Lucas-Nülle" şirkəti təhsil müəssisələri üçün müasir avadanlıqlar və proqram təminatı üzrə bir dünya lideridir.

Son.az xəbər verir ki, BANM və "Lucas-Nülle" şirkəti arasında başlanmış əməkdaşlığın fəaliyyətindən öz razılığını bildirən Elmar Qasımov, şirkətin BANM-in yeni açılmış kampusu üçün işləyib hazırladıqları laboratoriyaların dünya standartlarına uyğun olduğunu, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BANM-in yeni kampusunun açılışı günü orada tələbələrin istifadəsi üçün hazırlanmış laboratoriyalara yüksək qiymət verməsinin bu əməkdaşlığın uğurlu nəticəsinin bəhrəsi olduğunu vurğuladı.

"Lucas-Nülle" şirkətinin ixrac üzrə direktoru Hains Keppler isə Ali məktəbin rektoru cənab Elmar Qasımova birgə fəaliyyət nəticəsində əldə olunan uğurlara görə öz təşəkkürünü bildirərək, bu əməkdaşlığın davam etməsində maraqlı olduqlarını bilidirib. O əməkdaşlığın yeni mərhələsi kimi, külək və günəş kimi bərpa olunan enerji üzərindən yeni laboratoriyaların quraşdırılması və eyni zamanda bu sahə üzrə BANM-in mütəxəssisləri üçün Almaniyanın ixtisaslaşmış təlimçiləri tərəfindən təlimlərin keçirilməsi imkanlarından danışdı.

Tərəflər BANM və "Lucas-Nülle" şirkətinin birgə fəaliyyətindən alınmış müsbət nəticələrini nəzərə alaraq, bu əməkdaşlığın daha da genişləndirilməsi və davam etdirilməsininin zəruriliyini təsdiq etdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində