Türkiyənin DİN başçısı: “Son bir ildə 2 min 242 terrorçu məhv etmişik”


Dünya 11 Okt 2017 12:53:10 305 0

Türkiyənin DİN başçısı: “Son bir ildə 2 min 242 terrorçu məhv etmişik”

Türkiyənin hüquq-mühafizə orqanları və ordusu son bir ildə terrorçulara qarşı 68 min 464 əməliyyat keçirib

“Son bir ildə terror qruplaşmalarına qarşı keçirilən 68 min 464 anti-terror əməliyyatı nəticəsində 2 min 242 terrorçu məhv edilib".

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, əməliyyatlardan 40 min 215-i terrorçu PKK qruplaşmasına, 25 min 818-i Fətullahçı Terror Təşkilatına qarşı keçirilib: “Qalan əməliyyatlar isə terrorçu İŞİD qruplaşmasına qarşı aparılıb”.

Nazir bildirib ki, Türkiyə-Suriya sərhədində 755 km. uzunluğunda beton divar hörülüb.