Mingəçevir şəhər 13 saylı məktəb: "Kütləvi davada xəsarət alan şagirdin durumu nolmaldır"


Sosial 11 Okt 2017 12:56:29 312 0

Mingəçevir şəhər 13 saylı məktəb: "Kütləvi davada xəsarət alan şagirdin durumu nolmaldır"

"Dalaşanları barışdırmışıq"

Mingəçevir şəhər 13 saylı məktəbin rəhbərliyi şagirdlər arasında baş verən kütləvi davaya münasibət bildirib.

Məktəbin tərbiyyə işləri üzrə direktor müavini İntizar Şirinova "Report"un Şirvan bürosuna baş verən xoşa gəlməz hadisədən hər kəsin təəssüfləndiyini bildirib.

Direktor müavini qeyd edib ki, hadisə yerində olan şagirdlərin bir qrupu münaqişəni yatırmağa çalışsalar da mümkün olmayıb: “Biz də hadisə barədə gec məlumat tutmuşuq, çünki, dava dərsdən kənar saatlarda baş verib. Həm də adi zarafat üstündə olub. Doğrudur, hadisə yerində xeyli sayda şagird olub. Lakin biz araşdırdıq ki, onların heç də hamısı davanın iştirakçısına çevrilməyib. Əksinə, bir qrup şagird dalaşanları ayırmağa və münaqişəni sakitləşdirməyə çalışıb. Şükürlər olsun,  xəsarət almış şagirdimiz Murad Musayevin durumu indi normaldır və dalaşanları barışdırmışıq. Hətta Muradın özünə və valideyinlərinə təklif etdik ki, ehtiyac varsa sinfini dəyişdirək, amma razı olmadılar. Ümid edirəm ki, bir də oxşar hadisələrlə qarşılaşmayacağıq.”

Qeyd edək ki, zərərçəkən Murad Musayev 10-cu sinifdə oxuyur. O, 13 saylı orta məktəbə bu il  başqa təhsil müəssisəsindən köçürülüb.