1 il öncə yaşanan insidentə görə qonşusunu bıçaqladı VİDEO FOTO


Kriminal 11 Okt 2017 12:50:00 450 0

1 il öncə yaşanan insidentə görə qonşusunu bıçaqladı  VİDEO  FOTO

“4 dəfə qoluma, 1 dəfə də sinəmə vurdu”

Ağstafada bıçaqlanma olub.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, rayonun Yuxarı Göyçəli kənd sakini, 27 yaşlı Zaur Rəhimov qonşuluğunda yaşayan Anar Kərimovu evdən çağıraraq ona bir neçə bıçaq zərbəsi endirib. Kərimov qol və sinə nahiyələrindən aldığı yaralarla xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Yaralının yaxınlarının dediyinə görə insident 1 il əvvəl baş verən anlaşılmazlıq səbəbindən yaşanıb. Hadisəni törədən Zaur Rəhimov saxlanılaraq istintaqa təhvil verilib. Anar Kərimov - bıçaqlanan şəxs: "Gecə yatdığım yerdə qapını qırıb, bıçaqla 4 dəfə qoluma 1 dəfə də sinəmə vurdu". Dürdanə Kərimova - yaralının anası: "Bunun gücü çatmadı. Zəyifləmişdi. Qonşunun köməkliyi ilə qaldırdıq. Keçən il də o bizi vurdu. O, qızın əmisi ilə bu dostdur. Bir yerdə yeyib-içiblər". Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərə aid fotolar