"Mən 14 yaşımdan bu yana dənizə getmirəm, çünki..."


Digərləri 11 Okt 2017 12:52:00 392 0

"Mən 14 yaşımdan bu yana dənizə getmirəm, çünki..."

ARB telekanalında yayımlanan "Səhər-Səhər" verilişinin ilk aparıcısı yenidən işinin başına dönüb. Belə ki, verilişin bugünkü buraxlışını Elgiz Rövşanə ilə aparıb.

Son.az xəbər verir ki, aparıcı Elgiz veriliş zamanı geyim mövzusuna toxunaraq "İnsan öz geyiminə güvənməlidir. Əli Mirəliyev özünə güvənir bu geyimdə?" sualı ilə müğənniyə müraciət edib. Xanım aparıcı Rövşanə həmkarının sualına replika verib: "Əli bəy, sabahdan "şortik" geyinin. "Şortik"lə daha rahat olacaq".

Müğənni Əli Mirəliyev şort mövzusuna maraqlı etirafı ilə diqqət çəkib:

"Mən azərbaycanlıyam. Həyətimdə "şortik" geyinib, küçəyə çıxmıram ki, qohum-qonşu hoydu-hoyduya qoyacaq. Mən 14 yaşımdan bu yana dənizə getmirəm. Çünki utanıram".


Xəbərə aid fotolar