Məşhur prodüserin arvadı getdi:


Digərləri 11 Okt 2017 12:42:00 396 0

Məşhur prodüserin arvadı getdi:

Ərimin qadınlara təcaavüz etməsi, tərbiyəsizliyi ilə bağlı xəbərlər məni məhv edib. Özümə yer tapa bilmirəm. Bu səbəbdən də ayrılmaq qərarına gəldim.

ABŞ-ın və dünyanın ən məşhur prodüserlərindən biri Harvi Vaynşteynin xanımı, 41 yaşlı Corcina Çepmen ərindən boşanmaq qərarını açıqlayb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, H.Vaynşteyn illər boyu aktrisalara, Hollivud ulduzlarına təcavüz etməkdə suçlanıb.

H.Vaynşteynlə C.Çepmen 10 il əvvəl evləniblər. Onların 7 və 4 yaşlı iki övladı var.

Dünən H.Vaynşteyn Avropaya, davranış problemlərini müalicə etmək üçün reabilitasiya klinikasına yollanıb.

Bu arada amerikalı aktrisalar Ancelina Coli və Qvinet Peltrou da etiraf ediblər ki, Harvi Vaynşteyn onlara da sataşıb.

"Gənclik illərimdə Harvi Vayntşeynlə ünsiyyətlə bağlı çox pis təcrübəm oldu. Bu səbəbdən onunla işləməmək qərarına gəldim və onunla əməkdaşlıq etmək istəyənlərə də xəbərdarlıq edirdim", - A.Coli deyib.