Ata ögey qızını 20 il evində əsir kimi saxladı FOTO


Dünya 11 Okt 2017 12:37:00 384 0

Ata ögey qızını 20 il evində əsir kimi saxladı  FOTO

"Bir az da orada əsir kimi qalsaydım, ağlımı itirəcəkdim"

Meksikada kişi ögey qızını 20 ilə yaxın əsir kimi saxlayıb və ona 12 yaşından bəri təcavüz edib.

Son.az Britaniya mediasına istinadla bildirir ki, Rosalynn Michelle McGinnis adlı illərlə təcavüzə məruz qalan qadın Henri Michele Piette-in evindən qaçaraq polisə şikayət edib. Şikayətdən sonra 62 yaşlı kişi təcavüzə görə həbs olunub.

Hazırda 33 yaşı olan McGinnis People-a müsahibə verib. O bildirib ki, ögey atası tərəfindən əsir saxlanıldığı müddətdə döyülüb, bıçaqlanıb və təcavüzə məruz qalıb.

Məhkəmədən bildirilib ki, kişi 1997-ci ildə onu Oklahomadakı məktəbdən qaçırıb.

Qadının dediyinə görə, əvvəllər anasının evində onunla birlikdə yaşayan kişi ilk dəfə 12 yaşında olarkən ona təcavüz edib. Sonra isə o, yük avtomobilinin arxasında təşkil olunan kiçik mərasimlə təcavüzkarına ərə verilib.


Xəbərə aid fotolar