II Nügədi-Rustov avtomobil yolunun təmirinə başlanılıb - VİDEO


İqtisadiyyat 11 Okt 2017 12:26:11 354 0

II Nügədi-Rustov avtomobil yolunun təmirinə başlanılıb - VİDEO

5 yaşayış məntəqəsinin təqribən 12 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq

"Azəravtoyol" ASC Quba rayonundakı II Nügədi-Rustov avtomobil yolunun əsaslı təmirinə başlayıb. 

"Report" quruma istinadən xəbər verir ki, yolun uzunluğu 8 km, hərəkət hissəsinin eni isə 7 m.-dir. 

Təmir-tikinti işləri çərçivəsində yol boyu zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq kənara daşınır.

Yolun hərəkət hissəsi hazır olan yerlərə yeni 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri də aparılır. Ümumilikdə yolun 50 min m2-dən çox sahəsinin asfaltlanması nəzərdə tutulub.

Aparılan işlər zamanı Rustov kəndinin girişində, Caqacuq çayı üzərində yerləşən və 110 metr uzunluğa malik avtomobil körpüsünün də əsaslı şəkildə təmiri nəzərdə tutulub. Təmir işləri zamanı körpüyə beton məhəccərlər quraşdırılacaq, piyada səkisi ilə yolun hərəkət hissəsini ayırmaq məqsədi ilə xüsusi beton bordyurlar quraşdırılacaq, körpüdə əlavə bərkitmə işləri görüləcək və üstü asfaltlanacaq.

"Bütün işlər texnloji ardıcıllığa riayət edilməklə “Azəravtoyol” rəhbərliyinin nəzarəti altında həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir-tikinti işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanması xətləri çəkiləcək. Yolun təmiri ilə 5 yaşayış məntəqəsinin (II Nügədi, Püstəqasım, Dəhnə, Güneyməhlə və Rustov kəndləri) təqribən 12 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq", - deyə məlumatda qeyd edilib.