"Societe Generale": Türkiyədə dollar yaxın vaxtlarda 20% bahalaşa bilər


İqtisadiyyat 11 Okt 2017 12:18:53 376 0

"Societe Generale": Türkiyədə dollar yaxın vaxtlarda 20% bahalaşa bilər

Hazırda Türkiyədə dolların məzənnəsi 3,70 lirə təşkil edir

Türkiyədə ABŞ dollarının məzənnəsi yaxın vaxtlarda 20% arta bilər.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnozu Fransanın nüfuzlu "Societe Generale" bankının analitikləri veriblər. 

Proqnozda bildirilib ki, dolların möhkəmlənməsinə səbəb kimi Türkiyə-ABŞ münasibətlərinin pozulması, türk maliyyə aktivlərinin real gəlirliliyinin azalması və daxili siyasətdə qeyri-müəyyənliklər göstərilib.

Bankın ekspertləri 3 aylıq call-opsiyaları 4,35 TRY/USD hədəfi ilə almağı, həmçinin lirəni rubla qarşı satmağı məsləhət görüblər.

Xatırladaq ki, hazırda Türkiyənin nağd valyuta bazarında dolların məzənnəsi 3,70 lirə təşkil edir.