Şamaxı Astrofizika Rəsədxanası işçi axtarır
Sosial 11 Okt 2017 11:59:53 361 0
Rəsədxanada 10 şöbənin müdiri vəzifəsi boşdur
AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqədə fəlsəfə və ya elmlər doktorluğu elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc olunan gündən etibarən 1 ay müddətində təqdim olunmalıdır.
Müsabiqəyə aşağıdakı vəzifələr çıxarılıb:
- Kosmik plazma və Heliogeofiziki problemlər şöbəsinin müdiri vəzifəsinə - 1 yer;
- Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri vəzifəsinə - 1 yer;
- Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin müdiri vəzifəsinə - 1 yer;
- Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin müdiri vəzifəsinə - 1 yer;
- Nəzəri astrofizika və kosmologiya şöbəsinin müdiri vəzifəsinə - 1 yer;
- Planetlər və kiçik səma cismləri şöbəsinin müdiri vəzifəsinə - 1 yer;
- Astronomik cihazlar və İnnovativ texnologiyalar şöbəsinin müdiri vəzifəsinə - 1 yer;
- İnformasiya, Kommunikasiya texnologiyaları və təşkilat şöbəsinin müdiri vəzifəsinə - 1 yer;
- İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə - 1 yer;
- Təhsil şöbəsinin müdiri vəzifəsinə - 1 yer.