"Bu, icra hakimiyyətlərinə dərs olar"


Digərləri 11 Okt 2017 12:07:06 328 0

"Bu, icra hakimiyyətlərinə dərs olar"

Əgər hər hansı sahibkara bölgələrdə turizmin inkişaf etdirilməsi üçün yerli icra hakimiyyəti tərəfindən süni maneələr yaradılırsa və qeyri-rəsmi nələrsə tələb edilirsə, onlar  müvafiq orqanlara şikayət edə bilərlər. Bu həm də vətəndaş aktivliyinin nümunəsi ola bilər. Həmçinin digər bu fikirdə olan adamlara da dərs olar.

Milli.A zxəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında deputat Musa Quliyev ölkə başçısının Nazirlər Kabinetinin iclasında yerli icra hakimiyyətlərinin sahibkarlara turizmin obyektləri açması üçün yer ayırmaları ilə bağlı verdiyi tapşırıqdan danışarkən vurğulayıb. 

Deputat  qeyd edib ki, prezident Nazirlər Kabinetinin müşavirəsi zamanı çıxışında turizmin inkişafı ilə bağlı tövsiyələrini verib: "Bildirdi ki, yay aylarında bölgələrdə turist sıxlığı müşahidə edilir. 

Bu çox  yaxşı haldır. Digər tərəfdən isə turizm obyektlərinin sayı az olduğuna görə bölgələrdə turistlər bu imkanlardan istifadə edə bilmirlər.  Ona görə də müvafiq qurumlara tapşırdı ki, bu sahədə işlər daha da yaxşılaşdırılsın.