Bakıda vətəndaşları aldadaraq mallarını ələ keçirən şəxslərə hökm oxunub


Sosial 11 Okt 2017 11:51:20 333 0

Bakıda vətəndaşları aldadaraq mallarını ələ keçirən şəxslərə hökm oxunub

İki nəfər ümumilikdə 11 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və soyğunçuluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü Özal Orduxanlı və 1992-ci il təvəllüdlü Tural Həsənzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə Ö.Orduxanlı 6 il və T.Həsənzadə isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ö.Orduxanlı və T.Həsənzadə internet üzərindən satış etmək istəyən şəxslərə qarşı soyğunçuluq və dələduzluq etməkdə ittiham edilib.

Belə ki, təqsirləndirilənlər internetdə elan satış üçün elan verən şəxslərə zəng edərək, onlarla görüşüblər. Vətəndaşlara satdıqları malları alacaqlarını deyərək, onların etibarını qazanıblar. Telefon, kompüter və digər əşyaları vətəndaşlardan alan zaman yalandan deyiblər ki, hədiyyə kimi alırlar və hədiyyə aldıqları şəxsə göstərmək istəyirlər.

Satış edən şəxsləri görüşə çağırıb satdıqları əşyanı ələ keçirdikdən sonra oradan uzaqlaşan hər iki şəxs bu əməlləri ilə bir neçə nəfərə qarşı soyğunçuluq ediblər.