Prezident İlham Əliyev Soçiyə səfərə gedib


Siyasət 11 Okt 2017 11:56:53 310 0

Prezident İlham Əliyev Soçiyə səfərə gedib

O, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhərinə səfərə gedib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, Soçi şəhərinin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşılayıblar.