Zəhərlənmə STATİSTİKASI dəm qazı, sirkə turşusu, ilan, əqrəb sancmaları...


Digərləri 11 Okt 2017 11:49:43 359 0

Zəhərlənmə STATİSTİKASI  dəm qazı, sirkə turşusu, ilan, əqrəb sancmaları...

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə dəm qazı ilə zəhərlənmə və ilan sancmalarına görə müraciət edənlərin sayı azalıb".

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, ötən ilin yanvar-sentyabr aylarında dəm qazından zəhərlənmə ilə əlaqədar xəstəxanaya 300-dən çox, ilan sancmalarına görə isə 90-a yaxın şəxs müraciət etmişdi: "Bu ilin yanvar-sentyabr aylarında isə xəstəxanaya dəm qazından zəhərlənmə ilə bağlı 273, ilan sancmaları ilə bağlı 76 nəfər müraciət edib. Dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin 20-si azyaşlı olub. Müraciət edənlər daha çox 25-40 yaşlı və yaşı 55-dən çox olan şəxslər olub. Bu il xəstəxanaya dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olanlar arasında ölüm halı baş verməyib.

A.Maqsudov qeyd edib ki, qeyd edilən müddətdə 11 nəfər qaraqurd, 14 nəfər əqrəb sancması, 54 nəfər sirkə turşusundan zəhərlənmə ilə əlaqədar xəstəxanaya daxil olub: "Sirkə turşusu içənlərdən 1-i dünyasını dəyişib. Ümumilikdə, sirkə turşusu içənlər arasında 30-50 yaşlı qadınlar üstünlük təşkil edir".