Keçmiş prokuror


Digərləri 11 Okt 2017 11:55:00 259 0

Keçmiş prokuror

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəxrəddin Alıyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində bəraət hökmü çıxarılıb.   Baş Prokurorluqda idarə prokuroru olmuş F.Alıyev həbsdə olan şəxsə bəraət veriləcəyini vəd verərək 60 min manatdan çox pul almaqda ittiham olunub. Həmin şəxsin şikayəti əsasında araşdırma aparılıb və onun barəsində cinayət işi başlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib, barəsində həbs qətimkan tədbiri seçilməyib.