"Prodüser müğənninin çörəyini yeyir"


Digərləri 11 Okt 2017 11:44:00 302 0

"Prodüser müğənninin çörəyini yeyir"

"5/5" verlişində Zaur Kamalın qonağı olan Günay İbrahimli maraqlı açıqlaması ilə yadda qalıb.

Son.az xəbər verir ki, gənc ifaçı Zaurun "Günay hazırda kim kimin çörəyini yeyir. Prodüser müğənninin, yoxsa müğənni prodüserin?" sualına "Prodüser müğənninin çörəyini yeyir. Müğənni elə öz çörəyini yeyir" cavabını verib.

Ardınca Zaurun "Amma elə müğənni də var ki, prodüseri onu qaldırıb dağ başına qoyub" sözlərinə Günay İbrahimli "Düzdür, var. Əslində, prodüser müğənnini qaldırmalıdır. Mənim hazırda prodüserim yoxdur. Yanımda dostlarım var. Onlar mənə kömək edirlər. Zənglərə də dostum cavab verir" ifadələrini işlədib.