Arif Quliyev: "5 gündən sonra o kişini çıxardacam" VİDEO


Şou-biznes 11 Okt 2017 11:48:00 373 0

Arif Quliyev: "5 gündən sonra o kişini çıxardacam"  VİDEO

Mən əvvəldən də demişdim ki, qadınları çıxarmayacağam. Əgər mənim şəklimi atsalar və yeri gəlmişkən, hiss edirəm ki, belə də olacaq, o zaman bir kişini çıxaracağam. 

Son.az xəbər verir ki, bu sözləri fasilə zamanı baku.ws-in əməkdaşı ilə söhbətində atyor Arif Quliyev deyib. "Nissan Altima" maşınının ətrafında mübarizə aparan A.Quliyev bildirib ki, şouda ona qruplaşma təklif ediblər. 

"Mənə təkliflər olunub. Lakin mən bütün təklifləri rədd etdim. Üç-dördümüz bir olaq deyənlər olub. Mən onlara qarışmıram. İndi onların adlarını çəkə bilmərəm. Ancaq 5 gündən sonra adları açıqlana bilər".  

Qeyd edək ki, ötən gün əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda SMS səsverməsinə çıxarılan Faytonçu Nazim qaydaları pozduğuna görə, vaxtından əvvəl şounu tərk edib. Ona görə də canlı yayımda ikinci dəfə səsvermə keçirilib və Arif Quliyev hədəf seçilib. Arif Quliyev oyunda qalacağı təqdirdə meyxanaçı Vuqar Əbdülovu şoudan kənarlaşdıracağını bildirib. 58,64 faiz səs toplayan Arif Quliyev efirdə göz yaşlarını saxlaya bilməyib. 

Faytonçu Nazim oyunu tərk etdiyinə görə, iştirakçıların təkidi ilə fikrini dəyişən Arif Quliyev özü də şouda qalıb.