Robben milli karyerasını bitirdi


İdman 11 Okt 2017 11:48:00 375 0

Robben milli karyerasını bitirdi

"Bayern Munich"in yarımmüdafiəçisi Aryen Robben milli karyerasını bitirdiyini açıqlayıb.

Goal.az xəbər verir ki, 33 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində İsveçlə oyundan (2:0) sonra bildirib.

Hollandiya millisinin bombardirlər siyahısında 4-cü pillədə qərarlaşan Robben yığmada 96 oyunda 37 qol vurub, 29 qol ötürməsi verib.  

Xatırladaq ki, Hollandiya yığması DÇ-2018-in seçmə mərhələsində A qrupunu 3-cü pillədə başa vurub və mundiala vəsiqə qazana bilməyib.