Meksikada həbsxanada baş verən qiyam zamanı 13 məhbus həlak olub


Dünya 11 Okt 2017 11:34:30 329 0

Meksikada həbsxanada baş verən qiyam zamanı 13 məhbus həlak olub

Münaqişə həbsxanadakı iki düşmən qruplaşma arasında yaşanıb

Meksikanın şimal-şərqindəki Kadereta şəhərində yerləşən həbsxanada baş verən qiyam zamanı 13 məhbus həlak olub.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, təqribən 30 nəfər yaralanıb.

Əvvəlcə münaqişə həbsxanadakı iki düşmən qruplaşma arasında yaşanıb və onlar kameralardan birində yanğın törədiblər. Ardından cinayətkarlar 3 mühafizəçini girov götürüblər. Məhbuslarla danışıqlar aparılsa da, bu, nəticə verməyib.

Bundan sonra hadisə yerinə təhlükəsizlik qüvvələrinin əməkdaşları gəlib və onlar üsyanı yatırdaraq girovları azad ediblər.