Katalon "müstəqillik" xəstəliyi:


Digərləri 11 Okt 2017 11:38:36 408 0

Katalon "müstəqillik" xəstəliyi:

Kataloniyada baş verənlər Avropa Birliyi yaranandan bəri "qoca qitə"də ən ciddi siyasi böhrandır.

Dünən Avropanın və bütün dünyanın gözlədiyi sensasiya baş tutmadı. İspaniyanın Kataloniya bölgəsinin parlamenti və hökuməti "müstəqillik mübarizəsi"ni siyasi xəstəliyə çevirdilər.

Proses bəsit ssenarili trilleri xatırladırdı.

Belə ki, baş nazir danışdı, müstəqilliyin bəyanına tələsmək gərək olmadığını dedi. Amma az sonra parlament müstəqillik bəyannaməsi qəbul etdi. Sonra isə parlament inad etdi, müstəqilliyin bəyanatını səsləndirdi.

Parlament binasının qarşısına toplaşan on minlərlə kataloniyalı və yüzlərlə jurnalist də nə baş verdiyini sonadək anlamadılar.

... Kataloniyanın Nazirlər Kabineti (Jeneralitat) İpaniya tərkibində olan bu muxtariyyətin dövlət müstəqilliyi ilə bağlı bəyannamə imzalayıb. Sənədi imzalayanlar arasında muxtariyyətrin hökumət başçısı Karles Puçdemon da var.

Halbuki dünən Karles Puçdemon parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırmışdı.

Parlamentdə çıxış edən K.Puçdemon razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd etmişdi.

"Razılaşdırılmış danışıqlara nail olmağa kömək edəcək dialoqun başlanılması üçün parlamentə müstəqillik haqqında bəyannamənin qüvvəyə minməsini təxirə salmağı təklif edirik", - deyə Puçdemon demişdi.

Bununla belə o vurğulayıb ki, səsvermənin nəticələri regionun müstəqil respublika olmasına haqq qazandırıb. Onun sözlərinə görə, Madrid Barselona ilə danışıqlar zamanı referendumun nəticələrini nəzərə almalıdır.

"Milyonlarla vətəndaş hesab edir ki, Kataloniyanın dövlət elan edilməsi bölgənin özünüidarəetməsinin qorunub saxlanılması üçün yeganə yoldur", - deyə Puçdemon qeyd edib.  

Kataloniya parlamentinin dünən gecə saatlarında qəbul etdiyi bəyannamədə isə muxtariyyət "Kataloniya Respublikası" adlanır, müstəqil dövlət kimi təqdim olunur.

Bu sənədin sonuclarının necə olacağı hələlik bəlli deyil.

Sənədi imzalayanlar K.Puçdemondan savayı onun müavini Oriol Junkeras, parlamentin spikeri Karme Forkadel, habelə muxtariyyətin müstəqilliyini dəstəkləyən "Junts pel Si " ("Hə üçün birlikdə") və "Candidatura de Unidad Popular" ("Xalq Birliyinin Namizədi") partiyalarıdır.

Həmin partiyaların Kataloniya parlamentində 72 mandatı var. Parlamentdəki müzakirələri 24 Horas telekanalı birbaşa translyasiya edib. Bəyannamə imzalanandan sonra parlament deputatları Kataloniyanın himnini xorla oxuyublar.

Meydandakı kütlə isə bu sonluğu gözləmirdi.

Kütlə K.Puçdemonla deputatları söyüb, çıxış edən siyasətçilərin ünvanına söyüşlər səslənib.

"Onların dedikləri gözləntilərimiz deyildi. Referendum ərəfəsində insanlar məktəb binalarında buna görə yatmadılar, polis dəyənəkləri ilə buna görə döyülmədilər", - meydandakı katalonlar deyirdilər.

Sevinənlər yalnız meydandakı anarxistlərdi. Onlar ətraflarındakı müstəqillik tərəfdarlarına gülərək deyirdilər ki, siyasətçilər həmişə adi insanların ümidlərini puç edirlər, indi də belə oldu.

Barselona üçün daha bir önəmli məqam sabah yaşanacaq. Oktyabrın 12-si İspaniyada Ölkə Günüdür. Kataloniyada da İspaniyanın ərazi bütövlüyü və vahidliyini dəstələyənlər küçələrə çıxacaqlar.

Müstəqillik tərəfdarlarına gəldikdə isə, onların ümidləri puç oldu. Parlament binası qarşısındakı meydanı bəziləri hirsli, bəziləri pərişan, bəziləri gözüyaşlı tərk etdilər.

Kataloniyadakı şəhərlərin küçələrində isə baş tutmayan "Kataloniya Respublika"sının sarı-qırmızı zolaqlı, ulduzlu bayraqları yığışdırılır.

Sadəcə, adi kağız

Kataloniya parlamentində qəbul edilmiş bəyannamənin beynəlxaloq hüquq baxımından qüvvəsi yoxdur. El Mundo hesab edir ki, bu sənəd rəsmi deyil, sadəcə, açıqlamadır.

Bəyannamədə Kataloniyanın tarixindən, rəsmi Madridlə kompromis axtarışlarından, İspaniyanın hakimiyyət dairələrinin buna razılaşmamasından bəhs olunur.

Sənəddə K.Puçdemonun müstəqillik bəyanatının təxirə salınması çağırışları qeyd olunmayıb. Görünür, sənəd onun çıxışınadək hazırlanır.

Rəsmi Madrid isə Kataloniya rəhbərliyi ilə hər hansı danışıqlardan imtina edir, Barselonanın davranışını şantaj adlandırır.

Kataloniyada oktyabrın 1-də İspaniyanın tərkibindən çıxmaq və müstəqilliyin bəyan edilməsi ilə bağlı referendum keçirilib. Səsvermə hüququ olan 5,31 milyon kataloniyalının 2,26 milyonu seçki məntəqələrinə yollanıb. Onların 90 faizi Kataloniyanın müstəqilliyinin lehinə səs veriblər.

İspaniyanın mərkəzi hakimiyyəti referendumu qeyri-legitim sayıb və nəticələri tanımayıb.

Kataloniyada baş verənlər Avropa Birliyi yaranandan bəri "qoca qitə"də ən ciddi siyasi böhrandır. Əgər kataloqnlar inad etsələr və "biz müstəqilik" deməyə davam etsələr, onların rəhbərliyi situasiya üzərində nəzarəti itirəcək və separatçılıqla dövlətə qarşı çıxmaqda suçlanaraq həbs olunacaq.

İspaniyanın vitse-prezidenti Sorayya Saens de Santamariya ölkə Senatında çıxış edərkən bildirib ki, Kataloniyanın indiki, separatçı hakimiyyəti ilə heç bir dialoq, ola bilməz.

"Onlar absurd, qanunsuz tələblərindən əl çəkməyincə müzakirələr mümkün deyil. Qanunla qanuna itaətsizlik arasında vasitəçilik, demokratiya və zorakılıq arasında danışıqlar aparmaq olmaz. Kataloniyanın separatçı hakimiyyət dairələrini qanun çərçivəsində dialoqa çağırıram. Kataloniyanın rəhbərliyi indiyədək yalnız parçalanmaya, bölünməyə, nifrətlə qorxunun artmasına səbəb olub. Lakin düşünmək, qanunçuluğa və demokratiyaya qayıtmağa vaxt var", - de Santamariya deyib.

Görünür, separatizm bəlasına tutulmuş Kataloniyanın hakimiyyət dairələri müstəqillik bəyannaməsinin yaradacağı problemləri proqnozlaşdırıblar. Və bu səbəbdən qərara gəliblər ki, problemlər həddən ziyadə olduğundan onları yaxın perspektivdə həll etmək olmaz. Həmin müddətdə isə Barselona Madridlə danışıqlar və müzakirələr aparmağı, ölkənin mərkəzi hakimiyyətindən güzəştlərə nail olmağı planlaşdırır.

Eyni zamanda Kataloniya danışıqlara Avropa Birliyinin nümayəndələrini də vasitəçi qismində cəlb etməyi arzulayır.

Karles Puçdemon da elə buna görə parlamentdəki çıxışına "Kataloniyanın problemi, əslində, Avropanın problemidir" sözləri ilə başlamışdı.

Kataloniyanı müstəqillik bəyannaməsinin elanı kimi yanlış addım atmamağa Avropa liderləri, hətta Barselonanın meri Ada Kolaunun da çağırdılar.

Madrid sərtləşib

Rəsmi Madrid katalon hökumətinin rəhbəri Karles Puçdemonun muxtariyyətinin parlamentində çıxışında "katalonların respublika formasında müstəqillik hüququ" olması barədə dediklərindən çox narazıdır.

İspaniya rəhbərliyi bəyan edir ki, heç bir halda, heç bir şərtlə Kataloniyaya müstəqillik verilməyəcək.

İspaniyanın ədliyyə naziri Rafael Katala deyib: "Qanunsuz keçirilən, oyuncaq referendumun nəticələrini tanıya bilmərik. Katalon parlamentinin qəbul etdiyi bəyannamə də hüquqi qüvvəyə malik deyil. Puç