Almaniya və Azərbaycan ötən il 3 mlrd. avroya yaxın ticarət edib


İqtisadiyyat 11 Okt 2017 11:29:17 356 0

Almaniya və Azərbaycan ötən il 3 mlrd. avroya yaxın ticarət edib

Almaniya Azərbaycanın ixrac etdiyi neftin həcminə görə dünya ölkələri arasında 6-cı yerdədir

Almaniya Azərbaycanın ixrac etdiyi neftin həcminə görə dünya ölkələri arasında 6-cı yerdədir. 

"Report" xəbər verir ki, bunu Almaniya-Azərbaycan biznes-forumunda çıxış edən Almaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Teeeza Şönfeld (Theresa Schönfeld) deyib.

Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycan Almaniyaya 5,3 mln. ton xam neft ixrac edib. Ötənilki rəqəm isə hələ ki, məlum deyil. 

"Almaniyanın Cənubi Qafqaz regionu ölkələri ilə ticarət dövriyyəsinin 80%-i Azərbaycanın payına düşür. Ötən il iki ölkə arasında 2,9 mlrd. avro məbləğində ticarət olub".