Əbülfəz Elçibəyin qardaşı vəfat edib


Sosial 11 Okt 2017 11:11:55 302 0

Əbülfəz Elçibəyin qardaşı vəfat edib

Almurad Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev dünyasını dəyişib.

“Report”un xəbərinə görə, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

A.Əliyev bu gün Bakının Sulutəpə qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq. 

Qeyd edək ki, A.Əliyev 1934-cü ildə Ordubad rayonunun Kələki kəndində anadan olub.