Bu gün AŞ PAda Azərbaycanla bağlı müzakirələr aparılacaq


Siyasət 11 Okt 2017 11:10:00 310 0

Bu gün AŞ PAda Azərbaycanla bağlı müzakirələr aparılacaq

AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində plenar iclaslarda "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" və "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar" mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.

"Azərbaycanda demokratik təsisatların fəaliyyəti" üzrə məruzənin müəllifləri Sezar Florin Predan və Stefan Şennak, ikinci məruzənin müəllifi isə Alen Desteksdir.

Azərbaycan Milli Məclisinin deputatları müzakirələrdə iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində