Qızının yanında yaşayan qadın özünü binadan atdı


Digərləri 11 Okt 2017 11:11:24 345 0

Qızının yanında yaşayan qadın özünü binadan atdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Son.az lent.az-a istinadən  xəbər verir ki, Lənkəran rayonunda anadan olmuş 1965-ci il təvəllüdlü Babayeva Sidiqə Əzim qızı özünü Xətai rayonu Əhmədli qəsəbəsi Telnov küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın 8-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.   Bildirilir ki, həmin evdə S.Babayevanın qızı yaşayır. 52 yaşlı qadın müvəqqəti olaraq qızının yanında yaşayırmış. Onun mədə xəstəliyindən əziyyət çəkdiyi bildirilir.   Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.