DÇ-2018-də iştirak edəcək 23 ölkənin adı dəqiqləşdi


İdman 11 Okt 2017 10:48:00 329 0

DÇ-2018-də iştirak edəcək 23 ölkənin adı dəqiqləşdi

Rusiyada 2018-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanan komandaların sayı 23-ə çatıb. 

Goal.az xəbər verir ki, Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası zonasında V raundun sonuncu turunda Kosta Rika yığmasını 2:1 hesabı ilə məğlub edən Panama millisinin də mudialda iştirak edəcəyi dəqiqləşib. Honduras isə “pley-off”da Asiya zonasında çıxış edən Avstraliya ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl ev sahibi ilə yanaşı, Avropadan Fransa, Portuqaliya, Belçika, Almaniya, Serbiya, Polşa, İngiltərə, İspaniya, Cənubi Amerikadan Braziliya, Uruqvay, Argentina, Kolumbiya, eləcə də Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən Meksika ilə Kosta-Rika, Asiyadan İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanının, Afrikadan isə Nigeriya ilə Misirin Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsinə yüksəlib.

İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya isə "play-off"da qalan 4 vəsiqə üçün mübarizə aparacaqlar. Peru millisi “pley-off”da Okeaniya zonasını təmsil edən Yeni Zelandiya ilə qarşılaşacaq. Digər 3 vəsiqəyə isə Afrika zonasında qrup qalibi olacaq kollektivlər sahib çıxacaqlar.