İdxal edilən tütün və spirtli içkilərə görə aksiz vergisi artırıla bilər


Digərləri 11 Okt 2017 10:40:00 281 0

İdxal edilən tütün və spirtli içkilərə görə aksiz vergisi artırıla bilər

Azərbaycan hökuməti aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə edir.

Bakı. Ənvər Məmmədov - Azərbaycan hökuməti aksiz vergisi dərəcələrinin dəyişdirilməsini müzakirə edir. Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. A.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda aksiz vergisi dərəcəsi xeyli aşağıdır: "Bundan başqa, aksiz vergisinin tətbiq edildiyi tütün və alkoqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində biz ilk növbədə əhalinin sağlamlığını düşünməliyik. Həmçinin Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var".