Tanışını bıçaqlayan azyaşlı məhkəmə zalında həbs edilib


Sosial 11 Okt 2017 10:29:57 346 0

Tanışını bıçaqlayan azyaşlı məhkəmə zalında həbs edilib

Sübhan Atakişiyev 3 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sübhan Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə Qaradağ rayonunda baş verib. Azyaşlı olan S.Atakişiyev tanışı Yusif Mehdiyevi çayxanda əvvəl döyüb, sonra bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatı xilas edilib.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.