Lənkəranda yol tikintisi şirkətinə məxsus avtomobil qəza törədib, iki nəfər xəsarət alıb


Sosial 11 Okt 2017 10:36:42 388 0

Lənkəranda yol tikintisi şirkətinə məxsus avtomobil qəza törədib, iki nəfər xəsarət alıb

Onlardan birinin Türkiyə vətəndaşı olduğu bildirilib

Lənkəranda yol çəkən şirkətə məxsus "Toyota" markalı avtomobil qəza törədib. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şürük kəndi ərazisində baş verib.

Nəticədə iki nəfər xəsarət alıb.1990-cı il təvəllüdlü Feyruz Məlikov və 1982-ci il təvəllüdlü Məmmədov Elmin Təyyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər xəsarət alanların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Onlardan birinin Türkiyə vətəndaşı olduğu bildirilib.