UEFA Millətlər Liqasının divizionlarının tərkibi müəyyənləşib


İdman 11 Okt 2017 10:25:00 70 0

UEFA Millətlər Liqasının divizionlarının tərkibi müəyyənləşib

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinə yekun vurulduqdan sonra UEFA Millətlər Liqasının divizionlarının tərkibi müəyyənləşib.

Bu xəbəri də oxu: Bakıda FİFA-nın sammiti olacaq

Avropa futbol qurumuna üzv olan 55 yığma 4 diviziona bölünüb. Hər bir divizionda 4 qrup olacaq. Püşkatma mərasimi 2018-ci il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçiriləcək.

UEFA-nın milli komandalar üçün açıqladığı son reytinq siyahısında Azərbaycan 40-cı yerdə qərarlaşdığından, D Divizionuna düşüb. Burada ümumilikdə 16 komanda yer alacaq. A və B Divizionunda hərəyə 12, C Divizionunda 15 yığma olacaq.

Bu divizionlardakı ölkələr öz növbəsində 3 və ya 4 yığmadan ibarət qruplara bölünəcəklər. Qrup mərhələsinin oyunları 2018-ci ilin sentyabr - noyabr aylarında olacaq. Qrup qalibləri 2020-ci ilin martında yarımfinal və final oynayaraq, divizionun ən güclüsünü müəyyənləşdirəcəklər. Beləliklə, hər diviziondan bir komanda 2020-ci il Avropa çempionatına vəsiqə qazanacaq.

Daha 20 vəsiqənin sahibi isə 2019-cu ilin martında startı veriləcək Avropa çempionatının seçmə qrup mərhələsinin yekununda məlum olacaq. Burada 55 ölkə 5 və ya 6 komandadan ibarət 10 qrupa bölünəcək. Hər bir qrupdan 2 ən güclü komanda final mərhələsinə birbaşa vəsiqə əldə edəcək.

A Divizionu: Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya, Hollandiya

B Divizionu: Avstriya, Uels, Rusiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya, Türkiyə

C Divizionu: Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva

D Divizionu: Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Farer adaları, Latviya, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Kosovo, Andorra, San Marino, Cəbəllütariq

Qeyd edək ki, 2020-ci il Avropa çempionatı qitənin 13 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq.

"AtaTravel" turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə təşkil edir like
  • 11 Okt 10:23  
Digərləri "AtaTravel" turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə təşkil edir

“AtaTravel” turizm şirkəti ali məktəblərin turizm fakültələrinin yux

arrow Ətraflı
Bu il Venesuelada hiperinflyasiya olacaq like
  • 11 Okt 10:21  
İqtisadiyyat Bu il Venesuelada hiperinflyasiya olacaq

Ölkə iqtisadiyyatı isə 12% geriləyəcək

arrow Ətraflı
Baş nazir deputatların sorğusuna 15 gündən gec olmayaraq cavab verəcək  RƏSMİ like
  • 11 Okt 10:21  
Digərləri Baş nazir deputatların sorğusuna 15 gündən gec olmayaraq cavab verəcək RƏSMİ

Azərbaycan Milli Məclisinin deputatlarından Baş nazirin və ya onun müavinl

arrow Ətraflı
"Summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir" like
  • 11 Okt 10:16  
Digərləri "Summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir"

Azərbaycan məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsinin y

arrow Ətraflı
Bu gün AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq like
  • 11 Okt 10:14  
Digərləri Bu gün AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq

AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq.

arrow Ətraflı
Hindistan səfiri ADU-nun "Səfir saatı"nda tələbələrlə görüşüb (FOTO) like
  • 11 Okt 10:11  
Digərləri Hindistan səfiri ADU-nun "Səfir saatı"nda tələbələrlə görüşüb (FOTO)

Oktyabrın 10-da Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli s

arrow Ətraflı
Gürcüstandan Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkar edilib like
  • 11 Okt 10:07  
Digərləri Gürcüstandan Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkar edilib

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn avtomobi

arrow Ətraflı
Prosineçki Azərbaycanla bağlı qərarını açıqladı like
  • 11 Okt 10:03  
İdman Prosineçki Azərbaycanla bağlı qərarını açıqladı

Robert Prosineçki futbol üzrə Azərbaycan millisindən getm

arrow Ətraflı
Bakıda qəza törədən sürücü maşından düşüb qaçdı like
  • 11 Okt 10:03  
Digərləri Bakıda qəza törədən sürücü maşından düşüb qaçdı

Bakıda qəza törədən sürücü avtomobildən düşərək hadisə yerindən q

arrow Ətraflı
Nərgizin maşınına hücum etdilər  4 minlik ziyan  FOTO like
  • 11 Okt 10:00  
Kriminal Nərgizin maşınına hücum etdilər 4 minlik ziyan FOTO

ATV-də yayımlanan "Laləli saray" serialının əsas qəhrəmanları

arrow Ətraflı
Üç xarici şirkətin Azərbaycanda filialı ləğv olundu like
  • 11 Okt 09:58  
Digərləri Üç xarici şirkətin Azərbaycanda filialı ləğv olundu

"Euro Architects and Engineers European Economic İnterest Grouping"

arrow Ətraflı