Bilik Fondu ana dilinin saflığının qorunması ilə bağlı mühazirələri davam etdirir (FOTO)


Digərləri 11 Okt 2017 10:34:00 62 0

Bilik Fondu ana dilinin saflığının qorunması ilə bağlı mühazirələri davam etdirir (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan dilinin qorunması və inkişafına təkan göstərən layihələrini davam etdirir.

Bu xəbəri də oxu: “Kərbəla səqqası” kimdir?

Bakı. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan dilinin qorunması və inkişafına təkan göstərən layihələrini davam etdirir. Fonddan Trend-ə verilən məlumata görə, bununla bağlı Beyləqan şəhəri N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə görüş keçirilib. Bilik Fondunun Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən görüşdə M.Nağısoylu “Ana dilinin saflığının qorunmasında məktəb, ailə və cəmiyyətin vəzifələri” mövzusunda mühazirə oxuyub. Akademik ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” müvafiq fərmanını xatırladıb, ana dilinin saflığının qorunması istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu işlərdən söz açıb. Ana dilinin qorunmasında ictimaiyyətin rolunun böyük əhəmiyyət daşıdığı vurğulanıb. Məktəbin direktoru, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatı Qadınlar Şurasının sədri Gülbəniz Cəfərova Bilik Fondunun maarifləndirici layihələrindən danışıb. Çıxış edənlər dilimizin incəliyinə xələl gətirən nöqsanların aradan qaldırılması üçün məktəb, ailə və cəmiyyətin birliyinə böyük ehtiyac olduğunu bildiriblər. Növbəti görüş oktyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində olub. Görüşdə AMEA Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova “Nitq mədəniyyəti və norma. Natiqlik sənətinə verilən tələblər” mövzusunda mühazirə oxuyub. S.Sadıqova “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun dilimizin dövlət dili kimi hüquqi statusunu nizamladığını diqqətə çatdırıb, hər bir vətəndaşın bu hüquqa ciddi əməl etməyə, dilin tələblərini yerinə yetirməyə borclu olduğunu vurğulayıb.
Tanışını bıçaqlayan azyaşlı məhkəmə zalında həbs edilib like
  • 11 Okt 10:29  
Sosial Tanışını bıçaqlayan azyaşlı məhkəmə zalında həbs edilib

Sübhan Atakişiyev 3 il müddətinə azadlıqdan məhrum edilib

arrow Ətraflı
Azərbaycan idxal mallarına aksiz vergisini artıra bilər like
  • 11 Okt 10:25  
İqtisadiyyat Azərbaycan idxal mallarına aksiz vergisini artıra bilər

Aydın Əliyev: "Bu məhsulların istehsalı ilə bağlı ölkədə kifayət qə

arrow Ətraflı
"AtaTravel" turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə təşkil edir like
  • 11 Okt 10:23  
Digərləri "AtaTravel" turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə təşkil edir

“AtaTravel” turizm şirkəti ali məktəblərin turizm fakültələrinin yux

arrow Ətraflı
Bu il Venesuelada hiperinflyasiya olacaq like
  • 11 Okt 10:21  
İqtisadiyyat Bu il Venesuelada hiperinflyasiya olacaq

Ölkə iqtisadiyyatı isə 12% geriləyəcək

arrow Ətraflı
Baş nazir deputatların sorğusuna 15 gündən gec olmayaraq cavab verəcək  RƏSMİ like
  • 11 Okt 10:21  
Digərləri Baş nazir deputatların sorğusuna 15 gündən gec olmayaraq cavab verəcək RƏSMİ

Azərbaycan Milli Məclisinin deputatlarından Baş nazirin və ya onun müavinl

arrow Ətraflı
"Summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir" like
  • 11 Okt 10:16  
Digərləri "Summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir"

Azərbaycan məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsinin y

arrow Ətraflı
Bu gün AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq like
  • 11 Okt 10:14  
Digərləri Bu gün AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq

AŞ PA-da Azərbaycanla bağlı müzakirələr aparılacaq.

arrow Ətraflı
Hindistan səfiri ADU-nun "Səfir saatı"nda tələbələrlə görüşüb (FOTO) like
  • 11 Okt 10:11  
Digərləri Hindistan səfiri ADU-nun "Səfir saatı"nda tələbələrlə görüşüb (FOTO)

Oktyabrın 10-da Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli s

arrow Ətraflı
Gürcüstandan Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkar edilib like
  • 11 Okt 10:07  
Digərləri Gürcüstandan Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkar edilib

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn avtomobi

arrow Ətraflı