Prosineçki Azərbaycanla bağlı qərarını açıqladı


İdman 11 Okt 2017 10:03:00 317 0

Prosineçki Azərbaycanla bağlı qərarını açıqladı

Robert Prosineçki futbol üzrə Azərbaycan millisindən getməyə qərar verib. 

Goal.az xəbər verir ki, xorvat mütəxəssis index.hr saytına müsahibəsində yaxın günlərdə danışıq aparmaq üçün Azərbaycana səfər edəcəyini bildirib: “AFFA ilə vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycanda olacağam. Yeni təkliflər üzərində çalışacağam. Çox güman ki, Azərbaycanda qalmayacağam”.

Xorvatiyalı mütəxəssis Sloveniya yığmasının baş məşqşçisi postuna dəvət almasına da münasibət bildirib. O, yayılan xəbərləri təkzib edib: “Almaniyadan dünən gecə qayıtmışam. Zaqrebə gəlməyim 12 saatımı aldı. Xəbərləri qəzetdən oxudum. Ola bilər ki, məni Sloveniya millisində görmək istəyirlər. Amma hazırkı anadək heç kim mənimlə əlaqə saxlamayıb. Bu, sabah da baş verə bilər. Ona görə də heç nə deyə bilmərəm”.

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə rəhbərlik edən Robert Prosineçkinin müqaviləsinin müddəti dekabrda başa çatır.